DÜNYA


Kaliforniyada naməlum şəxs iki polis işçisini öldürüb

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs tapançadan açdığı atəşlə iki polis işçisini öldürüb, birini isə yaralayıb. Bu barədə Fox News telekanalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident şənbə günü Palm-Sprinqs şəhərində qeydə alınıb. Polis naryadı ailə münaqişəsini yoluna qoymaq üçün fərdi evlərdən birinə gəlib. Evin sakinlərindən biri söhbət əsnasında tapançasını çıxararaq polislərə atəş açıb. İki polis əməkdaşı hadisə yerində keçinib.

Hadisənin baş verdiyi ev onlarla polis naryadı tərəfindən əhatəyə alınıb, əraziyə həmçinin polisin xüsusi təyinatlı dəstəsi cəlb olunub. İlkin məlumata görə, cinayətkarın hələ evi tərk etmədiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.