DÜNYA


Kaliforniyada qəribə varlığın sümükləri aşkarlanıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Kaliforniyada paleontoloqlar qrupu elmi cəhətdən izah edilməsi mümkün olmayan qəribə varlığın sümüklərini tapıblar.

AZƏRTAC “Vcstar” saytına istinadla xəbər verir ki, tədqiqatçılar sümüklərin qədim mamontlara aid olduğunu ehtimal etsələr də, bu cür quruluşa malik heyvanlar bu günədək elmə məlum olmayıb. Paleontoloqlar iddia edirlər ki, tapılan izlərin ən azı 10 min yaşı var. Strukturunun öyrənilməsi üçün əlverişli vəziyyətdə olan sümüklərin dəqiq yaşı ekspertiza nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, tapılan sümüklər Şimali Amerikada ən qədim relikt hesab olunur. Buna oxşar tapıntı 20 il əvvəl Normand adalarında aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.