Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Kaliforniyanin Berkli şəhərində azərbaycanlı alim Lütfi Zadənin irsinə həsr olunmuş 4-cü beynəlxalq konfrans keçirilmişdir VİDEO

Vaşinqton, 28 may (AZƏRTAC). Mayın 25-27-də Kaliforniyanın Berkli şəhərinin “Double Tree by Hilton” mehmanxanasında Soft Kompyutinq üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş konfrans 2011-ci ildən keçirilir və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Meksika, Macarıstan, Kanada, ABŞ, Səudiyyə Ərəbistan, Hindistan, İran, Almaniya, Polşa və İspaniyadan olan alimlər 78 elmi məqalə ilə çıxış etmişlər. 

Konfransın baş katibi Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova giriş nitqində Lütfi Zadənin elmi fəaliyyəti haqqında geniş məlumat vermişdir. Açılış mərasimində ABŞ alimi Ronald Yaqer, polşalı alim Yanus Kaapçik və Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev çıxış etmişlər. A.Hacıyev Lütfi Zadə adına Akademiyanın yeni yaradılmış veb-saytı haqqında konfrans iştirakçılarına məlumat vermiş, görkəmli alimi Lütfi Zadəyə Quba xalçasını təqdim etmişdir.

Konfrans öz işinə Lütfi Zadənin məruzəsi ilə başlamışdır. Konfransın birinci sessiyasında müxtəlif ölkələrdən məruzəçilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Aidə Quliyeva “DEA” (Rəqəmli Örtüklər Analizi) və “SFA” (Staxostik Sərhədlərin Analizi) metodlarının asimmetrik informasiyanın effektliyinin ölçülməsində rolu” adlı məruzə ilə çıxış etmişdir. Yeni iqtisadi münasibətlər şəraitində informasiyanın asimmetrikliyi daha qabarıq üzə çıxır. Bu barədə danışan A.Quliyeva demişdir ki, adətən asimmetrik informasiya iqtisadi inkişafda neqativ hal kimi qəbul edilirdi. Lakin bu yeni tədqiqat onun effektliyi hallarını təhlil edir və bu çərçivədə DEA və SFA metodlarından istifadə olunur.

Konfransın ikinci sessiyasında Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev məruzə ilə çıxış etmişdir. Məruzəçi çıxışında ehtimal nəzəriyyəsində baş verən gözlənilməz (paradoksal) hadisələrdən danışmışdır. Qeyd olunmuşdur ki, bu sahədə təqdim olunan nəticələr müəllifin yaratdığı mürəkkəb texniki sistemlər üçün idarəetmə nəzəriyyəsinin bir hissəsidir. İkinci paradoksun hərəkətdə olan hissəciklərin riyazi modelləri ilə bağlı olduğunu bildirən A.Hacıyev məşhur Belyayev effektinin ümumiləşdirilməsini təqdim etmiş və alınan nəticələrin nəqliyyat sistemlərində istifadəsini diqqətə çatdırmışdır.

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Bayram İbrahimov universitetin rektoru Havar Məmmədov ilə birgə hazırladıqları “Neyro şəbəkələr texnologiyasından istifadə etməklə xidməti trafiklərin proqnozlaşdırılması metodların effektliyi” məsələsinin tədqiqinə həsr olunmuş məruzə ilə çıxış etmişdir. B.İbrahimov demişdir ki, aparılmış tədqiqatlar neyroşəbəkələr texnologiyası və qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edilməklə telekommunikasiya şəbəkələrində xidməti trafiklərin yaratdığı yükün qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı yüksək dəqiqliyin təmin olunduğunu göstərir.

Konfransda daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Kərimovun Azərbaycan Respublikasının timsalında neft qiymətlərinin dəyişməsi ilə iqtisadi artım arasında asılılığın tapılmasına həsr olunmuş məruzəsi dinlənilmişdir. Məruzəçi demişdir ki, lazım olan an üçün və lazım olan miqdarda məlumat almağın mümkünsüzlüyü riyazi baxımdan bu məsələni natamam ilkin informasiyalı məsələlər sinfində baxılmağa sövq edir. Bu tip məsələlərin ilkin informasiyanın qıtlığı və məsələnin təbiəti onun həllinin və alınan nəticələrin qeyri-səlis mühitdə axtarılması sınanmış yanaşmadır ki, bu da Lütfi Zadə nəzəriyyəsinin tətbiqi ilə mümkündür. Yanaşmanın orijinallığı ondan ibarətdir ki, neyron şəbəkələrdən istifadə edilməklə həll edilən “klaster-analiz” məsələsi müəllifin riyaziyyat sahəsində apardığı tədqiqatlara əsaslanır. Mütəxəssislərin fikrincə, bu tədqiqatların çərçivəsinin genişləndirilməsi, yəni başqa neft ölkələrinin də buraya əlavə edilməsi makroiqtisadiyyat sahəsində tədqiqatlara geniş yol aça bilər.

Konfransda iştirak edən bir çox alimlərin çıxışlarını yekunlaşdıran Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova öz məruzəsində ekspert sistemlərinin konstruksiyasının riyazi modelləri və onların təhsil sisteminə tətbiqi metodlarının işləndiyi barədə məlumat vermişdir. O qeyd etmişdir ki, qeyri-səlis məntiqdən istifadə etməklə tələbələrin biliklərinə nəzarətin ilkin metodu yaradılmışdır və bu, prosesdə müəllimin rolunu maksimum azalıdır.

Bir daha xatırladaq ki, konfrans Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Son illərdə nazirlik ABŞ-ın bir sıra universitetləri ilə əməkdaşlıq sazişləri imzalamışdır. Bura Berklidəki Kaliforniya Universiteti, San Antonio və Azərbaycan Texniki Universiteti ilə üçtərəfli, Azərbaycan Texniki Universiteti və Nyu-Yorkun İona Kolleci ilə ikitərəfli sazişlər daxildir.

Yusif Babanlı 

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Kaliforniyanin Berkli şəhərində azərbaycanlı alim Lütfi Zadənin irsinə həsr olunmuş 4-cü beynəlxalq konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib