MƏDƏNİYYƏT


Kalmık teatrının ölkəmizə qastrol səfəri başlanır

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Ölkəmizə qastrol səfərinə gələn B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) qonağı olacaq. Oktyabrın 13-də başlanacaq qastrol səfəri üç gün davam edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın kollektivi Y.Şyutskinin “Üç donuz balası” və B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri “Qohumlar” tamaşaları ilə çıxış edəcəklər.

Qastrol səfəri zamanı teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə kalmık teatrının bədii rəhbəri, Rusiya Federasiyasının və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin ADGTT-də hazırladığı “Qohumlar” tamaşası hər iki teatrın aktyorlarının ifasında göstəriləcək.

Tamaşalar oktyabrın 13-də saat 10:00, 12:00, 14:00-da (Y.Şyutski, “Üç donuz balası”), saat 19:00-da (V.Şuqrayeva, Ə.Əmirli, “Qohumlar”), oktyabrın 14-də saat 10:00, 12:00, 14:00, 16:00-da (Y.Şyutski, “Üç donuz balası”), oktyabrın 15-də saat 10:00, 12:00, 14:00-da (Y.Şyutski, “Üç donuz balası”), saat 19:00-da (V.Şuqrayeva, Ə.Əmirli, “Qohumlar”) nümayiş etdiriləcək.

Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabrın 15-də saat 19:00-da keçiriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmık Milli Dram Teatrının yaradıcılıq əlaqələri artıq beş ilə yaxındır ki, davam edir. Ötən müddətdə iki teatr arasında qastrol səfərləri ilə yanaşı, rejissor mübadilələri də uğurlu nəticələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.