CƏMİYYƏT


Kalmıkiyada azərbaycanlıları daşıyan avtobus qəzaya uğrayıb

Moskva, 16 iyun, AZƏRTAC 

Rusiya Federasiyası Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda yerli vaxtla saat 14.00-da içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mersedes” markalı mikroavtobus aşıb.

Nijni Novqoroddan Bakıya doğru hərəkət edən avtobusda olan 12 nəfər, o cümlədən 7 uşaq yüngül və orta ağır xəsarətlər alıb. Yaralılar Komsomolsk qəsəbə xəstəxanasına yerləşdirilib.

Hadisə ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin Kalmıkiya Respublikası üzrə Baş İdarəsində “qaynar xətt” (+78472233662) yaradılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.