CƏMİYYƏT
Kalmıkiyada qəzaya uğramış avtobusda yaralanan Azərbaycan vətəndaşlarının əksəriyyəti xəstəxanadan evə buraxılıb
Moskva, 16 iyun, AZƏRTAC
Rusiya Federasiyası Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının əksəriyyəti xəstəxanadan evə buraxılıb.
Rusiya FHN Kalmıkiya Baş İdarəsindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, avtobusda 13 nəfər olub. Onlardan 12 nəfəri, o cümlədən 7 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Komsomolsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:
Abbasova Jasmin (2003-cü il), Abbasov Vasil (2005-ci il), Ələsgərov Rahim (1969-cu il), Heydərov Vadif Qara oğlu (1951-ci il), Yusupova Ülfət (1982-ci il), Yusubov Rəvan (2008-ci il), Yusubov Natiq (2006-cı il), Yusupov Ravil (2013-cü il), Yusubov Məmləkət (2005-ci il), Əliyeva Günay (1981-ci il).
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva