Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamal Abdullayev: Azərbaycana olan maraq Azərbaycana sevgiyə çevrilməkdədir

Bakı, 1 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Böyük Britaniyanın “Faith Matters” təşkilatı ilə birgə Londonda silsilə tədbirlər keçirilib.

Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevdən bu səfər və keçirilən tədbirlərlə bağlı təəssüratlarını öyrəndik. AZƏRTAC müsahibəni təqdim edir.

-Kamal müəllim, Azərbaycanda mövcud olan multikultural durumun və Azərbaycan multikulturalizminin özəlliklərinin dünya dövlətlərinə və xalqlarına təqdim olunmasında növbəti ünvan Böyük Britaniya oldu. Burada xüsusi bir səbəb varmı?

-“Multikulturalizm ili” çərçivəsində Azərbaycan dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş etdirilməsi artıq ənənəyə çevrilir. Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu. Böyük Britaniya bu baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir multikulturalizmin iflasını elan edir. Digər tərəfdən bu yaxınlarda London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan şəxs seçilir.

İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyil edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır? Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda, dövlətlərinə bir dəyərli mesaj idi. Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin ədalətli həlli məsələsini adekvat qəbul edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə bu istiqamətdə söhbətə, bizim dəyərlərimizi öyrənməyə, müzakirə etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə, London səfəri bunu bir daha sübut etdi.

-Azərbaycan bu gün təkcə enerji və digər təbii resursları ilə deyil, həm də insan kapitalı və mədəniyyət mərkəzi kimi dünyanın diqqətindədir. Bunu nə ilə əlaqələndirirsiniz?

-Əgər bu gün Azərbaycan dedikdə bir xarici üçün artıq “bu sözün arxasında nələr durur” yelpazəsini açmağa ehtiyac yoxdursa, heç şübhəsiz, bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin xidmətidir, Prezident İlham Əliyevin titanik zəhmətinin nəticəsidir. Bu gün başqa bir təbəddülatın şahidi oluruq. Bu gün biz Azərbaycana marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual platformaya keçidini görürük. O da var ki, ölkəmizə marağın bu istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Məlumdur ki, XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə Azərbaycanın ədəbi-elmi potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi. Sonra bu potensial “sovet gerçəkliyi”nin məlum ideoloji-siyasi rejimində əridi və gözdən itdi. Bu gün biz bu marağın yenidən, özü də xeyli intensivləşmiş formasının ortaya çıxmasını müşahidə edirik. Bu prosesin daimi olması üçün, Azərbaycana olan marağı Azərbaycana sevgiyə çevirmək və Azərbaycan həqiqətinin hamıya eyni dərəcədə parlaması üçün biz öz tərəfimizdən sistemli, konseptual layihələr təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Beynəlxalq Humanitar forumlar, “Bakı prosesi”nin müxtəlif layihələri, Azərbaycan multikulturalizm modelinin get-gedə təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.

-Böyük Britaniyada keçirilən tədbirlərdə hansı heyətlə iştirak edirdiniz?

-Görüşlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri arxiyepiskop Aleksandr Ata, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov iştirak edirdilər. Görüşlərin təşkilində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və şəxsən səfir Tahir Tağızadənin zəhmətini qeyd etmək lazımdır.

Görürsünüzmü, seçilmiş heyət artıq öz-özlüyündə Azərbaycanın xoş məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni zamanda, dövlətə, azərbaycançılıq ideyasına sədaqəti bu gün nail olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına bilavasitə əldə edilən uğurdur.

-Kamal müəllim, bildiyimizə görə İngiltərədə tam müxtəlif platformalarda tədbirlərdə iştirak etmisiniz. Bu tədbirlərdə yerli iştirakçıların ilkin reaksiyası necə idi?

-Bizim səfirliyimiz və “Faith Matters” təşkilatının birgə keçirdiyi “Azərbaycan tolerantlıq və dinlərarası birgəyaşayış modeli” adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzlu “Üç Dinin Forumu” adlı təşkilatda keçirilən “dəyirmi masa”da son dərəcə maraqlı söhbətlər və fikir mübadilələri oldu. Biz onun şahidiyik ki, İngiltərədəki həmkarlarımız bizi - ölkəmizi, xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət deyil.

-Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif dini icmaların ölkəmizə qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi oldumu?

-Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə hazırdırlar. Bu, bizə nə verər?

Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində əsas rol oynayardı. Bundan sonrakı birgə “dəyirmi masalar”ın, konfransların funksiya və ünvanları daha da zənginləşərdi.

-Multikulturalizmin Azərbaycan modelinin dünyamızda sülh və sabitliyə töhfə kimi əhəmiyyətini və perspektivini necə dəyərləndirərdiniz?

-Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu Öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm xadimlərinə, diplomatlara və parlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir. Siyasi və ideoloji gələcəyə tuşlanmış son dərəcə vacib perspektivlərdir.

-Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qarşısında qoyduğu məsələlər və onların həlli ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz yaradıcısı Prezident İlham Əliyevin qarşıya qoyduğu ideoloji hədəflərə doğru inamla irəliləyir. Deyim ki, biz bu işləri çətinliklərdən keçə-keçə görürük, doğru olmaz. Hədəflər o qədər aydın və o qədər dəqiq göstərilib və onlara yetişmək üçün cənab Prezident tərəfindən elə möhkəm siyasi və insani zəmin hazırlanıb ki, görülən və görüləcək bütün işlərin uğurla başa çatdırılması əvvəlcədən şübhəsizdir. Bu ideyalar indiyə qədər baş tutan bütün görüşlərdə - həm Almaniyada, həm İsveçdə, həm də İngiltərədə təkcə bizim yox, xarici həmkarlarımız tərəfindən də inamla səsləndirildi. Həqiqətən, Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında

Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir