İQTİSADİYYAT


Kambocalı nazir Azərbaycan şirkətlərini ölkəsinin neft yataqlarının işlənilməsinə dəvət edib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Kamboca ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün enerji üzrə ixtisaslaşan Azərbaycan şirkətlərini ölkəmizdə qəbul etməyə hazırıq. Bu fikri Kamboca Krallığının mədən və enerji naziri Suy Sem Azərbaycan səfiri Anar İmanov ilə görüşdə bəyan edib. Nazir Suy Sem Azərbaycan şirkətlərini Kambocanın neft yataqlarının işlənilməsinə dəvət etdiyini bildirib.

Azərbaycanın iqamətgahı Hanoy şəhərində olmaqla Kamboca Krallığına akkreditə olunmuş səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir Anar İmanov Kambocanın Baş naziri Hun Senin 2014-cü ildə Bakıya rəsmi səfərinin iki ölkə arasında geniş əməkdaşlıq imkanlarına malik olan münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir qeyd olunan səfər zamanı müxtəlif sahələr üzrə, o cümlədən enerji sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Kamboca arasında enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.