MƏDƏNİYYƏT


Kamera və orqan musiqi zalında gənc ifaçıların konserti

A+ A

Bakı, 20 sentyabr, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində olan kamera və orqan musiqi zalında gənc ifaçıların konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.

Konsert bariton ifaçısı Mahir Tağızadə, soprano ifaçıları Kamilə İmanova, Fatimə Cəfərzadə və tenor Rauf Babayevin iştirakı ilə baş tutub.

Gecədə bir sıra xarici bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səsləndirilib.

Xarici qonaqların da iştirak etdiyi konsert proqramı maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.