MƏDƏNİYYƏT


Kamera və orqan musiqisi zalında klassik musiqi axşamı

Bakı, 11 mart, AZƏRTAC

Martın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə klassik musiqi axşamı təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar Artist Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist tanınmış tarzən Səbuhi Cəfərovdur.

Konsertdə Q.Qarayev, H.Xanməmmədov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi və digər bəstəkarların əsərləri səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.