İDMAN


Kamerun-Mərakeş oyunu heç-heçə yekunlaşıb

Bakı, 11 may, Toğrul Nuruşzadə, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının “A” qrupu çərçivəsində keçirilən Kamerun-Mərakeş görüşündə qalib müəyyənləşməyib.

AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunun 29-cu dəqiqəsində kamerunlu Panqop Tçidcu Frantz hesabı açıb. Oyunun ilk hissəsi Kamerun millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0.

Oyunun 58-ci dəqiqəsində Kamerun millisinin üzvü Kami Ntankue Yves Daniel qırmızı vərəqə alaraq matçdan kənarlaşdırılıb.

Bərabərlik qolunu matçın ikinci hissəsinə artırılan əlavə vaxtda mərakeşli Həmzə Qodali vurub.

Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Kamerun ilk oyununda Azərbaycan millisi ilə qarşılaşıb və görüşdə hesab açılmayıb. Mərakeş isə Səudiyyə Ərəbistanı yığmasını minimal hesabla məğlub edib – 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.