DÜNYA


Kamerunda törədilən iki partlayış nəticəsində azı 14 nəfər həlak olub

Bakı, 13 iyul, AZƏRTAC

Kamerunda terrorçu-kamikadzelərin törətdiyi iki partlayış azı 14 nəfərin həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə France Press agentliyi ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, partlayışlar Nigeriya ilə sərhədin yaxınlığında yerləşən Vaza şəhərinin izdihamlı hissəsində törədilib. Hücumun “Boko Haram” qruplaşmasının yaraqlıları tərəfindən təşkil edildiyi ehtimal olunur.

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşması təhsilin Avropa modelinə qarşı çıxış edir və bütün ölkədə şəriət qanunlarının tətbiqinə nail olmaq istəyir. Qruplaşma Niger, Kamerun və Çadın ona qarşı yönəlmiş hərbi kampaniyasına cavab olaraq, bu ölkələrdə müntəzəm terror aktları həyata keçirir. Dünən Nigeriyanın dörd rayonunda 20-dək insanın ölümü, 23 nəfərin yaralanması ilə nəticələnmiş silsilə partlayışlar törədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.