Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kamran Musayev: “Bakı Ürək Günləri” yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstəkdir

Bakı, 25 may, AZƏRTAC 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin keçirilməsi ənənəyə çevrilib. Bakıya toplaşan onlarla ölkədən aparıcı mütəxəssislər tibbin ən son yeniliklərini və müasir texnologiyaları müzakirə edir, təcrübə mübadiləsi aparırlar. İki ildən bir təşkil olunan bu konqreslərin hər birində dünyanın aparıcı kardioloq və kardiocərrahları iştirak edirlər. Xaricdən gələn beynəlxalq səviyyəli mütəxəssislərin çıxışları, onların bölüşdükləri təcrübələr və təqdim edilən müasir tibbi yeniliklər ölkədə fəaliyyət göstərən yüzlərlə həkim və cərrah tərəfindən böyük maraqla qarşılanır. Bütün bunlar yerli həkimlərin nəzəri biliklərinin, buna müvafiq olaraq isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artmasına birbaşa təsir edir.

Mayın 26-28-də isə AÜDCC Bakıdakı “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Bakı Ürək Günləri” 5-ci beynəlxalq konqresini keçirməyə hazırlaşır.

AZƏRTAC bununla bağlı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayevin müsahibəsini təqdim edir:

– Kamran həkim, “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin keçirilməsi təşəbbüsünün əsasında nə dayanır?

– Təəssüf ki, bütün dünyada, eləcə də Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. Hər il dünyada on milyonlarla insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2030-cu ildə bu rəqəm 23 milyona çata bilər. Buna görə ürək ölümlərinin sayının azaldılması əsas hədəfdir. Qarşıya qoyulan hədəfə çatmağın yolu məhz insanların tibbi maarifləndirilməsidir. Bu baxımdan keçirdiyimiz konqreslərin böyük əhəmiyyəti var.

“Bakı Ürək Günləri” 5-ci beynəlxalq konqresini təşkil etməkdə məqsəd ölkəmizdə həyata keçirilən dövlət tibb siyasətinə, respublikamızın bu sahədə əldə etdiyi uğurların təbliğinə, eləcə də yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstək olmaqdır. Konqresdə yerli ürək həkimləri kardiologiya və kardiocərrahiyyə sahəsində dünyadakı ən son yeniliklərlə tanış olacaq, eləcə də yerli və xaricı mütəxəssislərin bu sahədə təcrübə mübadiləsinə imkan yaradılacaq. Konqresdə dünyanın 15-dək ölkəsindən 400-dən çox kardioloq və kardiocərrahın iştirakı nəzərdə tutulur. Əsas qonaq isə Berlində Almaniya Ürək İnstitutunun banilərindən biri, Hetzer Ürək-Damar Akademiyasının qurucusu, Almaniyada ilk süni ürək əməliyyatını icra etmiş professor Ronald Hetzer olacaq. Ən başlıcası odur ki, xarici mütəxəssislər ölkəmizdə qurulmuş mükəmməl səhiyyə infrastrukturu ilə da tanışlıq imkanı əldə edəcəklər.

- Rəhbərlik etdiyiniz Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən “Bakı Ürək Günləri” 1-ci beynəlxalq konqresi ilk dəfə 2009-cu ildə təşkil olunub. Aradan 8 il ötür. Sabah işə başlayan konqres əvvəlkilərdən nə ilə fərqlənəcək?

- Əvvəlki konqreslərdə əsasən xarici mütəxəssislərin məruzələrinə geniş yer ayrılırdı. Bu dəfə isə yerli mütəxəssislərin çıxışları artırılacaq. Əsas fərq bundan ibarətdir. Bizi ən çox sevindirən də məhz budur.

– “Bakı Ürək Günləri” beynəlxalq konqreslərinin hamısı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Bu nə ilə bağlıdır?

- Suala görə çox sağ olun. Türkiyədə təhsilimi başa vurub Vətənə qayıdanda çoxları məni qınayırdı. Çünki o vaxt Bakıda dünya standartlarına uyğun müasir xəstəxana yox idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasət və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərində ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Elə mənim çalışdığım Mərkəzi Klinik Xəstəxana 2001-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə açılıb. Bu klinikada xəstəliklərin müalicəsində tibbin ən son yenilikləri tətbiq edilir. Bütün bu nailiyyətlərin əldə olunmasının, bu qəbildən beynəlxalq konqreslərin Bakıda keçirilməsinin əsasında, təbii ki, Ulu Öndərin əsasını qoyduğu və formalaşdırdığı səhiyyə siyasəti dayanır.

- Mərkəzi Klinik Xəstəxana respublikamızda yaradılmış ilk müasir tibb müəssisəsidir. Onun fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Doğrudan da, bu klinika Azərbaycan səhiyyəsində yeni və müasir xəstəxana modelidir. Ötən 16 ildə xəstəxanada 12 mindən çox əməliyyat aparılıb. Bu rəqəmlər bizim dünyanın nüfuzlu tibb müəssisələri tərəfindən qəbul olunmağımıza imkan verir. İnamla demək olar ki, bu gün Mərkəzi Klinik Xəstəxana Prezident İlham Əliyevin biz həkimlər qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir.

– Son illər kardiocərrahiyyə Azərbaycan səhiyyəsinin ən inkişaf edən sahələrindən biridir. İndi hətta körpələr üzərində açıq ürək əməliyyatları aparılır. Hələ 2013-cü ildə Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb. Ancaq insanlar nədənsə müalicə üçün xaricə üstünlük verirlər. Bəlkə, onlar öz həkimlərimizə etibar etmirlər?

– İndi vəziyyət dəyişib. Yadımdadır ki, Mərkəzi Klinik Xəstəxanada işlədiyim ilk illərdə, yəni 2000-2001-ci illərdə Azərbaycan vətəndaşları müalicə üçün əsasən xaricə üz tuturdular. Bu da narahatlıq doğurmaya bilməzdi. Demək olar ki, hazırda bu tendensiya azalmağa doğru gedir. Bu gün respublikadakı mövcud xəstəxanalarda ürək cərrahiyyəsi sahəsində problemlər aradan qalxıb və xəstələrin xarici ölkələrə getməsinə daha ehtiyac qalmayıb. Təkcə Mərkəzi Klinik Xəstəxanada deyil, bir sıra digər tibb mərkəzlərində də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünya standartlarına uyğun çox uğurlu əməliyyatlar aparılır. Sevindirici haldır ki, vətəndaşlarımız öz xəstəxanalarımızda müayinə və müalicə olunmağa üstünlük verirlər. Hətta xarici vətəndaşlar da müalicə üçün bizə müraciət edirlər. Bizim xəstəxanada ABŞ, İngiltərə, Hindistan, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları əməliyyat olunub. Deməli, onlar Azərbaycan həkimlərinin peşəkarlığına etibar edirlər ki, burada əməliyyat olunmağa razılıq verirlər.

Ölkəmizdə kifayət qədər kadr potensialı və səhiyyə infrastrukturu mövcuddur. Bu gün Mərkəzi Klinik Xəstəxanada və digər tibb ocaqlarımızda olan müasir avadanlıqlar, yüksəkixtisaslı mütəxəssislər ən mürəkkəb əməliyyatları aparmağa qadirdirlər. Tam əminliklə deyə bilərəm ki, komandamız yeni doğulmuş körpə, 90 yaşlı qoca üzərində də ürək əməliyyatları həyata keçirə bilir. Bir sözlə, dünyada elə bir çətin ürək əməliyyatı yoxdur ki, onu Azərbaycanda həyata keçirmək mümkün olmasın.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi