İDMAN


Kamran Şahsuvarlı “Rio-2016”nın ən azı bürünc medalını təmin edib [YENİLƏNİB] VİDEO

A+ A

Kamran Şahsuvarlının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. Boksçumuz növbəti mərhələdə dünya çempionu, kubalı Arlen Lopes ilə döyüşəcək.

Qarşılaşma avqustun 18-də saat 22:00-da başlayacaq.

20:26

Bakı, 15 avqust, AZƏRTAC 

“Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu - dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.

Bu il Bakıda təşkil olunan “Böyük İpək Yolu” turnirinin qalibi olan boksçumuz Rio Olimpiadasına lisenziyanı ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.