İQTİSADİYYAT


Kanada Asiya İnfrastruktur İnvestisiyaları Bankına daxil olmaq istəyir

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Kanada rəsmi Pekinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiyaları Bankına (AİİB) daxil olmaq üçün ərizə ilə müraciət edib. Bu barədə Kanadanın maliyyə naziri Fransis Morno Pekində AİİB prezidenti Cin Liçunla birgə keçirilən mətbuat konfransında bildirib.

AİİB rəhbəri deyib: “Kanadanın bankın fəaliyyətində iştirak qərarını alqışlayırıq. Bu, bankın bir neçə ay ərzində qurulan möhkəm təməlinə etibarı göstərir. Kanada çoxtərəfli əməkdaşlıq sahəsində şöhrət qazanıb. Məncə, bu ölkənin sıralarımıza qatılması bankın inkişafına böyük töhfə verəcək”.

Kanadalı nazir bildirib ki, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər strateji tərəfdaşlıq və dünyaya açıqlıq tələb edir.

Xatırladaq ki, bankın iyun ayında keçirilən illik iclasında elan edilmişdi ki, AİİB yeni potensial üzvlərin mövcudluğunda maraqlıdır və sentyabrın 30-dək quruma ərizə ilə müraciət edilə bilər.

Bankın başlıca missiyası Asiya regionu ölkələrinin iqtisadi inkişafının infrastruktur məhdudiyyətlərini aradan qaldırmaqdır. AİİB-nin fəaliyyət sferasına kreditləşdirmə, kapitalda iştirak, zəmanətlərin verilməsi, texniki yardım kimi geniş maliyyə xidmətləri daxildir.

Təsisçilərindən biri də Azərbaycan olan AİİB-nin nizamnamə kapitalı 100 milyard dollardır. Bankın təsis olunmasında 57 ölkə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.