SİYASƏT


Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub göndərib

Bakı, 22 may, AZƏRTAC

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 2017-ci il mayın 15-də verilən qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil edilməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres ölkələrimizin xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi, Rusiyada və Azərbaycanda sülhün və inkişafın daha da gücləndirilməsinə stimul verib.

Qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq”, - deyə məktubda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.