DÜNYA


Kanada Latviyaya 455 hərbçi, aviaqrup və hərbi gəmi göndərəcək

A+ A

Riqa, 31 oktyabr, AZƏRTAC

2017-ci ilin əvvəlində NATO batalyonunun yerləşdiriləcəyi Latviyaya Kanada 455 hərbi qulluqçu, aviaqrup və Hərbi Donanma Qüvvələrinin gəmisini göndərəcək. Bu barədə Kanada Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin bəyanatında açıqlanır ki, quru qoşunları qrupuna komandanlıq zabitləri, motopiyada bölüyü, dəstək və nəqliyyat xidmətləri daxildir. Bundan başqa, Latviyada altı “CF-18” qırıcı-bombardımançıdan ibarət aviasiya qrupu yerləşdiriləcək, ölkənin dəniz akvatoriyasında isə Kanada Hərbi Dəniz Qüvvələrinin freqatı daimi döyüş növbəsində olacaq.

Müdafiə Nazirliyindən vurğulayıblar ki, bu qrupun Latviyada yerləşdirilməsi NATO-nun Mərkəzi və Şərqi Avropada iştirakının gücləndirilməsinə Kanadanın töhfəsidir.

2017-ci ilin əvvəlində Şimali Atlantika Alyansı Şərqi Avropada hər biri min nəfərdən ibarət dörd batalyon yerləşdirəcək. NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, Latviyada Kanada üzərinə “lider millət” rolunu götürəcək, Almaniya Litvada, Böyük Britaniya Estoniyada, ABŞ isə Polşadakı batalyona rəhbərlik edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.