DÜNYA
Kanada offşorlarla mübarizə aparacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Kanadanın vergi agentliyi offşorlara qarşı mübarizə üzrə yeni bir proqram həyata keçirməyə hazırlaşır.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, vergidən yayınmaya qarşı hazırda mövcud olan sxemlərdən imtina edilərək 10 min dollardan yuxarı elektron pulköçürmələri üzərində nəzarət qoymaq planlaşdırılır. Bu il Kanadadan dörd ofşor zonaya pulköçürmələri xüsusi nəzarət altında olub.
Vergi agentliyi öz diqqətini ilk növbədə Men və Normann adalarında yerləşən ofşor zonalara yönəldib. Artıq bu ərazilərə pulköçürmələrinin nəzərdən keçirilməsi başa çatdırılıb, adı çəkilməyən iki offşor zonadakı vəziyyətə baxılması isə 2017-ci ilin martına qədər davam edəcək.
Kanadanın vergi agentliyi ümumi məbləği 7 milyard dollara çatan 20 min pulköçürmənin yoxlamasını aparıb, həmçinin şübhə doğuran 166 vergiödəyicisi üçün audit müəyyənləşdirib və həyata keçirməyə başlayıb.
Agentlik offşorlardan istifadə edənlərin hamısına xaricdə əldə etdikləri gəlirlərlə bağlı bəyannamə təqdim etmək barədə məktub göndərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]