DÜNYA


Kanadada 120 nəfər ağır xəstə könüllü olaraq həyatla vidalaşıb

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Evtanaziya barədə qanun Kanadada təxminən 120 nəfər ağır xəstəyə tətbiq olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 17-də Kanada parlamentində uzun sürən müzakirələrdən sonra həkimlərə ağır xəstəlikdən əziyyət çəkən insanlara könüllü olaraq dünyalarını dəyişməyə kömək etməyə icazə verən qanun qüvvəyə minib.

Evtanaziya qanunundan ən çox Ontario (49 dəfə) və Britaniya Kolumbiyası (46 dəfə) əyalətlərində istifadə olunub. Lakin Kanadanın bəzi regionlarının qeydiyyat aparmaması və bu haqda informasiyanı təqdim etməkdən yayınması səbəbindən evtanaziya hallarının dəqiq sayı məlum deyil.

Yeni qanun yalnız 18 yaşına çatmış psixoloji sağlam və ağır xəstəliyə düçar olmuş Kanada vətəndaşlarına könüllülük əsasında tətbiq oluna bilər.

Hazırda yalnız bir neçə ölkədə - Niderland və Belçikada, həmçinin ABŞ-ın bəzi ştatlarında evtanaziyaya rəsmən icazə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.