MƏDƏNİYYƏT


Kanadada Azərbaycan mədəniyyəti günü təşkil edilib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Kanadada fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə ilk dəfə olaraq “Azərbaycan mədəniyyəti günü” tədbiri təşkil edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbir Alberta əyalətinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə “Kalqari ulduzları” qrupu iştirakçılara Azərbaycanın milli rəqsləri, o cümlədən “Tərəkəmə”, “Naxçıvani”, “Nəlbəki”, “Sarı gəlin”, “Ləzginka” və s. ifa ediblər. Həmçinin Yapon Cəmiyyəti tərəfindən kimononun hazırlanması, yerli “HYMN” qrupunun ifasında canlı musiqi, “Qaya-Kalqari” qrupunun ifasında isə “Bəri gəl” xalq mahnısı təqdim olunub. Soydaşımız Təhminə Rafaella tərəfindən İçərişəhərlə bağlı filmin təqdimatı da olub.

Tədbirdə qonaqlar Azərbaycanın milli şirniyyatlarından, o cümlədən paxlava və şəkərburadan dadıblar.

Alberta əyalətinin mədəniyyət və turizm naziri Rikardo Miranda çıxış edərək belə gözəl tədbirin təşkilinə görə mərkəzin üzvlərinə minnətdarlığını bildirib.

Mərkəzin prezidenti Famil Qarayev Kalqaridə yaşayan azərbaycanlılar adından xatirə hədiyyəsi olaraq üzərində Azərbaycan xalçasının əks olunduğu plaketdən, ölkəmizlə bağlı nəşrlərdən və milli şirniyyatlarımızdan ibarət xonçanı R.Mirandaya təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.