MƏDƏNİYYƏT


Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş filmin premyerası olub

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” sənədli filminin premyerası keçirilib.

Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin premyerası Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən təşkil edilıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ottavada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, kanadalı qonaqlar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətindən danışıb. Bildirib ki, işğal nəticəsində 1 milyondan çox azərbaycanlı ev-eşiyini itirərək didərgin həyatı yaşayır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və bu səbəbdən qaçqınlar öz evlərinə qayıda bilmirlər. Filmdə qaçqın probleminə muğam prizmasından yanaşıldığını söyləyən R.Hüseynli bu sənətin xalqımız üçün önəmini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muğamın beşiyi olduğunu qeyd edib.

Tədbir filmin nümayişi ilə davam edib. Qaçqın və məcburi köçkünlərin taleyindən və muğam sənətindən bəhs edən “Gənc səslər, qədim nəğmə” filmi tamaşaçıların marağına səbəb olub.

Sənədli filmin nümayişindən sonra C.Verbok səhnəyə çıxaraq ölkəmizlə ilk tanışlığı, azərbaycanlı məcburi köçkünlərin vəziyyəti, Azərbaycan muğamının fərqləndirici xüsusiyyətləri barədə danışıb, tamaşaçıların suallarını cavablandırıb.

C.Verbok, həmçinin tar və kamançada milli musiqilərimizi ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.