DÜNYA
Kanadada meşə yanğınları səbəbindən 60 min insan təxliyə edilib VİDEO
Bakı, 4 may, AZƏRTAC
Kanadanın Alberta əyalətində tüğyan edən meşə yanğınları artıq yaşayış məskənlərinə çatıb. Yerli hakimiyyət orqanları Fort-Makmürrey şəhərinin və ona bitişik 7 rayonunun bütün sakinlərinin məcburi təxliyəsi barədə məlumat yayıb. Şəhərin əhalisi təxminən 61 min nəfərdir, ümumilikdə isə 100 min nəfərədək insan təhlükə qarşısında qalıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yanğınlar sürətlə yaşayış evlərinə keçir, onların çoxu artıq tamamilə yanıb. Yanğının söndürülməsi üçün aviasiya cəlb edilsə də, quru hava və güclü külək şəhəri mühasirəyə almış alovu söndürmək cəhdlərini çətinləşdirir.
Avtomobil yollarında böyük tıxaclar yaranıb. Bir çox tras polis tərəfindən bağlanıb. Xəsarət alanlar barədə hələ ki, məlumat verilmir. Hökumət əhalinin təcili təxliyəsi ilə məşğuldur. Alovun şəhər kənarında yerləşən bir neçə məhəlləni məhv etdiyi və yanğının şəhərin mərkəzinə yaxınlaşdığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]