DÜNYA


Kanadada təyyarə qəzası: iki nəfər həlak olub

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Kanadanın Kvebek əyalətində yüngül motorlu təyyarə qəzaya uğrayıb. “Toronto Sun” qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə bazar günü axşam Kvebek əyalətinin şimalında baş verib. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiq bilinmir.

Qəza yerinə iki təyyarə və helikopter göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.