MƏDƏNİYYƏT


Kanadalı müğənni Garu Bakıda konsert verəcək

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Dünya şöhrətli kanadalı müğənni Garu Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC Bakı Caz Festivalının “facebook” səhifəsinə istinadla xəbər verir ki, oktyabrın 25-nə planlaşdırılın konsert Heydər Əliyev Sarayında baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə ifaçı öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.