SİYASƏT


Kanadalı tələbələr Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov sentyabrın 22-də Ottava Universitetinin tələbələri qarşısında Ermənistan-Azərbaycan münaqişəsi haqqında təqdimatla çıxış edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təqdimat 2016-cı ilin payız semestrində Ottava Universiteti sosial elmlər fakültəsi tərəfindən sentyabrın 6-dan dekabrın 8-dək təşkil edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərs proqramı çərçivəsində keçirilib.

Kanadalı tələbələrə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən zəbt olunması, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, həmin ərazilərdə hazırda davam edən qeyri-qanuni məskunlaşdırma və iqtisadi fəaliyyətin həyata keçirilməsi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının münaqişə üzrə qətnamələri, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı hökm barədə ətraflı məlumat verilib, eyni zamanda, Dağlıq-Qarabağ regionunun birtərəfli ayrılma cəhdləri beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymətləndirilib.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.