Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kanadanın General-Qubernatoru Zati-aliləri cənab Devid Constona

Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 iyun 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin