SİYASƏT
Kanadanın keçmiş Baş naziri Azərbaycanın mədəniyyətlərarası dialoqa önəmli töhfələr verəcəyinə əmindir VİDEO
Bakı, 8 mart, AZƏRTAC
Bakıda müxtəlif dinlərin nümayəndələri ilə görüşdüm. Onlarla söhbətlər zamanı ölkənizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa önəmli töhfələr verəcəyinə bir daha əmin oldum.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanadanın keçmiş Baş naziri Jan Çretyen deyib.
Bakıya ikinci dəfə səfər etdiyini diqqətə çatdıran keçmiş Baş nazir yenidən ölkəmizdə olmağından məmnunluğunu ifadə edərək bildirib ki, forum iştirakçılara Azərbaycanı daha yaxından tanımaq, onun zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı verəcək. Sabiq Baş nazir, həmçinin qeyd edib ki, IV Qlobal Bakı Forumu keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Burada aparılacaq müzakirələrin gələcək nəsil üçün də önəmli olacağı şübhəsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]