İQTİSADİYYAT
Kanat Alpısbayev: Kurık limanından bu günədək 15 min ton həcmində yükdaşıma həyata keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Bu günədək ölkələrimizin birgə səyi ilə Qazaxıstanda yeni inşa olunmuş Kurık limanından 15 min ton həcmində yükdaşıma həyata keçirilib. Biz yükdaşımaların həcmini daha da artırmağı düşünürük.
AZƏRTAC xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev açıqlama verib.
K.Alpısbayev bildirib ki, qarşılıqlı razılaşmaya görə, ilk növbədə Qazaxıstan ixrac yükləri ilə bağlı plan tərtib olunub. Eyni zamanda, təsdiq olunmuş yükdaşıma planına əsasən Batumi limanı istiqamətində ilin sonunadək 450 min tona qədər yük daşınacaq.
Qeyd olunub ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]