MƏDƏNİYYƏT


Kanberrada keçirilən “Azərbaycan günü”nü iştirakçılar böyük maraqla qarşılayıb

A+ A

Tokio, 25 mart, AZƏRTAC

Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilən “Azərbaycan günü” adlı Novruz bayramına həsr edilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə diplomatik korpusun, Kanberrada fəaliyyətl göstərən qadın təşkilatlarının, ictimaiyyətin nümayəndələri daxil olmaqla 300-dən çox qonaq iştirak edib.

Beynəlxalq Qadınlar Klubu ilə birlikdə təşkil olunmuş tədbirə qatılan qonaqlara ölkəmizin tarixini, turizm imkanlarını əks etdirən video-çarxlar nümayiş etdirlib. Səfirliyin əməkdaşları Araz və Ləman Xasıyevlər tərəfindən Azərbaycana aid geniş təqdimat keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Avstraliyalı rəqqasə Körsti Dunkanın ifasında Azərbaycan milli rəqsləri, tarda səslənən musiqi nümunələri qonaqların alqışları ilə qarşılanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış müxtəlif səpkili broşür və məlumat kitabçaları, Novruz bayramı ilə əlaqədar hazırlanmış milli şirniyyatlar qonaqlara təqdim olunub. Milli geyim dəstləri, əl işi olan xalçalar, qədim Azərbaycan qonaq otağı, azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.