İDMAN


“Kapital Bank” ASC ilə “Sumqayıt” FK arasında əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb

Sumqayıt, 16 may, AZƏRTAC 

Hazırda Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumlarından olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt futboluna dəstəyini davam etdirir. Belə ki, “Kapital Bank” ASC ilə “Sumqayıt” futbol klubu arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyinə uzadılıb.

“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində Dövlət Neft Şirkəti tərəfindən inşa olunmuş kompleks daha bir il müddətinə “Kapital Bank Arena” adlandırılacaq. Bu müddətdə adıçəkilən bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Bundan başqa, “Kapital Bank” ASC ilə “Sumqayıt” FK bu bir il ərzində müxtəlif ictimai aksiyalar həyata keçirəcək və klubun oyun geyimlərində (əsas və əvəzedici komanda) “Kapital Bank”a məxsus əmtəə nişanları yerləşdiriləcək.

Bu müddət ərzində Sumqayıt məktəblilərinin sevimli layihələrinə çevrilmiş “Yay futbol düşərgəsi” və “Futbol və sağlam həyat” layihələri də davam edəcək. Üç il müddətində davam edən “Futbol və sağlam həyat” layihəsində 2000 məktəbli, “Yay futbol düşərgəsi” layihəsində isə 300 məktəbli iştirakçı qismində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.