İQTİSADİYYAT


“Kapital Bank” “BirKart” üzrə tərəfdaşların siyahısını genişləndirir

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

“Kapital Bank” “BirKart” məhsulu üzrə tərəfdaşların siyahısını genişləndirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq ölkə üzrə 1000-ə yaxın ticarət/xidmət mərkəzində “BirKart”ın taksit funksiyasından istifadə etmək olar. Tərəfdaşların siyahısı verilən linkdə göstərilib – https://birkart.az/harada-kecerlidir.

Qeyd edək ki, “BirKart” özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir. “BirKart” rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. “Visa Classic”, “Visa Gold” və “Visa Platinum” əsasında olan “BirKart” 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəştlə, bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və ya 18 ay müddətə taksitlə ödəmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.