REGİONLAR


“Kapital Bank” “Gəncə” filialı nəzdində depozit seyflərini istifadəyə verib

Bakı, 8 avqust, AZƏRTAC

"Kapital Bank" filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küçəsi, 24 ünvanında yerləşən "Gəncə" filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, seyf otağı bütün zəruri təhlükəsizlik standartlarına cavab verir, həftənin 7 günü, günün 24 saatı ərzində mühafizə olunur və kompleks videonəzarət sisteminə malikdir. Yeni depozit seyflərində müştərilər qiymətli kağızları, zinət əşyalarını, sənədləri, pulları və digər dəyərli əşyalarını saxlaya bilərlər. Seyfləri 30 AZN-dən başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar. Xidmət tarifləri barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, "Kapital Bank" paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. "Gəncə" filialından əvvəl "Səbail", "Mərkəz" və "Gənclik" filiallarında da depozit seyflər istifadə verilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.