İQTİSADİYYAT


“Kapital Bank” “Xəzri” sistemi üzrə stimullaşdırıcı lotereya keçirir

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

“Kapital Bank” “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereya keçirir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər. Lotereyada hər göndərilən 100 manat 1 şansa bərabərdir. Gələn il fevralın 10-dək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1000 manat qazanacaq.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8 faizdən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində “Kapital Bank” bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər.

Qeyd edək ki, “AtaBank”, “AFB Bank” və “VTB Azərbaycan” bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələri həyata keçirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.