İQTİSADİYYAT


“Kapital Bank” yeni Nərimanov Kart Mərkəzini istifadəyə verib

Bakı, 5 iyun, AZƏRTAC

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir. Bakı şəhəri üzrə yeni “Nərimanov” Kart Mərkəzi filialının açılışını misal göstərmək olar. Ölkənin maliyyə bazarında yeniliyə imza atan “Kapital Bank” kart mərkəzinin açılışı ilə fərqli, lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, Bakının Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 (Nərimanov parkının yanında) ünvanında yerləşən mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə xidmətləri (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək.

“Kapital Bank”ın “Binəqədi”, “Şuşa”, “Nərimanov”, “Nəsimi”, “Cəfər Cabbarlı”, “Yasamal”, “İçəri Şəhər”, “Səbail” və “Xətai” filiallarının müştəriləri artıq Bakı şəhər Təhsil İdarəsinin əməkhaqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir. Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır”, - deyə “Kapital Bank”ın korporativ bankçılıq departamentinin direktoru Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, hazırda “Kapital Bank”ın dövriyyədə 3 milyona yaxın ödəniş kartı var. Prosessinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyəti milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.