İQTİSADİYYAT
Kapital Banka iş üçün gəl, karyera üçün qal
Bakı, 2 mart, AZƏRTAC
Kapital Bank “ADA” Universitetində bakalavr və magistr pilləsində oxuyan tələbələr arasında keçirilən üçüncü “Career Fair” yarmarkasına qatılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Kapital Bank tədbirdə “İş üçün gəl, karyera üçün qal” şüarı ilə iştirak edib. Bankın “Human Kapital Center”in əməkdaşları müxtəlif fakültələrdə təhsil alan 60-dan çox tələbəni ölkənin aparıcı banklarından olan Kapital Bankda işə qəbul, karyera inkişafı və təcrübə proqramları barədə məlumatlandırıblar.
Karyera yarmarkası təhsilin bakalavriat pilləsinin 3-4-cü və magistratura pilləsinin 1-2-ci kurslarının tələbələri üçün təşkil olunub.