İQTİSADİYYAT
“Kapital Bank”dan hərbçilərə 2 faiz endirimlə kredit kampaniyası
Bakı, 19 iyun, AZƏRTAC
“Kapital Bank” 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə iyunun 19-dan 3-dək hərbçilərə güzəştlə yeni kredit kampaniyası təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində “Kapital Bank”a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2 faiz endirim edilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0 faiz təşkil edəcək.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və ya təqaüdünü “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.