İQTİSADİYYAT


“Kapital Bank”ın 13 müştərisi səyahət paketi qazanıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

“Kapital Bank”ın keçirdiyi “Dincəlmək vaxtıdır” stimullaşdırıcı lotereyasında bankın 13 müştərisi səyahət paketi qazanıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, iyulun 29-dək “Kapital Bank”dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edərək Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə edə bilərlər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd “Jumeirah Bilgah Beach Hotel”ə VIP paket sahiblərinə çatacaq. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən ediləcək. Lotereyanın şərtləri və qalib gələn müştərilər haqqında məlumat www.dincelmekvaxtidir.az saytında dərc edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.