MƏDƏNİYYƏT
“Kapital Bank”ın “Nağıllara səyahət” layihəsi davam edir
Bakı, 16 may, AZƏRTAC
“Kapital Bank”ın 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Nağıllara səyahət” adlı sosial layihəsi davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunur.
Layihə çərçivəsində mayın 20-də Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” tamaşası, mayın 21-də isə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə “Kapital Bank” adından hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, layihə çərçivəsində ötən həftənin istirahət günləri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası və Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir.
Ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.