İQTİSADİYYAT


“Kapital Bank”ın nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edir

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

“Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 26-29-da Cenevrədə keçirilən ənənəvi “SIBOS–2016” beynəlxalq sərgisində iştirak edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, hər il olduğu kimi, bu dəfə də Avropanın ən nüfuzlu sərgisində 200-dən artıq ölkənin iri bankları və maliyyə institutları təmsil olunur. Mütəxəssislər son illər maliyyə sektorunda baş verən dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meyilləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanları və digər məsələləri müzakirə edəcəklər.

“Bir neçə gün davam edəcək tədbirdə Amerika, Avropa və Asiyanın iri banklarının nümayəndələri ilə görüşlərimiz oldu. Həmkarlarımızla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan “Kapital Bank”ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, – deyə R.Allahverdiyev bildirib.

“Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayının artırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.