REGİONLAR


“Kapital Bank”ın yenilənmiş “Lerik” filialı istifadəyə verilib

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş "Lerik" filialını istifadəyə verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial rayonun Camal Şahiyev küçəsi 3A (köhnə Avtovağzalın yanında) ünvanında yerləşir. Artıq Lerik və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir.

Qeyd edək ki, bu il ümumilikdə 6 şəhər və 5 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq olunub və bu proses hazırda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.