REGİONLAR
“Kapital Bank”ın yenilənmiş “Qəbələ” filialı istifadəyə verilib
Bakı, 18 oktyabr, AZƏRTAC
“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində “Qəbələ” filialının yenilənmiş ofisini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi, 50 (Heydər Əliyev Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir. Artıq Qəbələ şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
“Kapital Bank”ın yeni konsepsiyası əsasında təmir edilən “Qəbələ” filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 3 şəhər (Şuşa, 28 May və Binəqədi) və 4 region (Şabran, Lerik, Qax və Qəbələ) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə, ilin sonunadək daha 3 şəhər və 4 region filialının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.