DÜNYA
“Kapitana ərə getmək” filminin Lenası vəfat edib
Bakı, 17 avqust, AZƏRTAC
Rusiyanın Xalq Artisti Vera Qlaqoleva həyatının 62-ci ilində dünyasını dəyişib.
AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkib.
Vera Qlaqolevanın ekran həyatı 1975-ci ildə “Dünyanın sonuna...” filmi ilə başlanılıb. Sonralar bir çox filmlərdə rol alan aktrisa daha çox “Kapitana ərə getmək” filmində Lena rolu ilə məşhurlaşıb. Həmin filmdəki roluna görə "Sovetskiy ekran" jurnalı 1983-cü ildə onu “İlin ən yaxşı aktrisası” seçib.
1990-cı ildə çəkdiyi "Sınan işıq" filmi onun kinoda ilk rejissor işi olub. Rus yazıçısı İvan Turgenevin “Kənddə ay” pyesi əsasında 2014-cü ildə ekran həyatı verdiyi “İki qadın” filmi isə onun son rejissor işi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]