İDMAN


“Karabakh Vienna” Avstriyada üçüncü dəfə çempionluğa sahib olub

Bakı, 22 iyun, AZƏRTAC 

Avropada uğurlu çıxışı ilə azərbaycanlı futbolsevərləri sevindirən “Karabakh Vienna” Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Cari mövsüm digər futbol klublarından daha yaxşı oyun sərgiləyən klub vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin Regional Liqasına yüksəlib.

AZƏRTAC xəbər verir ki, klubun təsisçisi və idarə heyətinin rəhbəri Orxan Vəliyevin səyləri və inkişaf konsepsiyasına uyğun olaraq, komanda ilbəil yeni səviyyəyə qalxır. Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir.

Orxan Vəliyev komandanın əsas məqsədi haqqında danışarkən deyib: “Karabakh Vienna”nın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycan-Avstriya dostluğunu möhkəmləndirir. Üstəlik, futbolumuz üçün yeni perspektivlər yaradır. Əsas məqsədimizdən biri azərbaycanlı futbolçuların Avstriya komandasına transfer olmasıdır. Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Beləliklə, “Karabakh Vienna” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə də çıxış edərək beynəlxalq təcrübə əldə edəcəklər. “Karabakh Vienna” yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq”.

Xatırladaq ki, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. Komanda ev oyunlarını doğma bazasında – “Karabakh Vienna” da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.

“Karabakh Vienna”ya Azərbaycanda olan böyük marağı nəzərə alaraq, klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.