REGİONLAR


Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyində 160 idmançı qüvvəsini sınayıb

A+ A

Naxçıvan, 12 oktyabr, AZƏRTAC

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə oğlan və qızlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 160 oğlan və qız karateçi iştirak edib. Birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Kəngərli, Ordubad, Culfa, Babək, Şahbuz, Sədərək və Şərur rayonlarının idmançıları da öz güclərini sınayıblar. 8 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib.

Yekun nəticəyə görə, oğlanlar arasında 6-7 yaş qrupunda Uğur Əsgərov (Şərur), 8-9 yaş qrupunda Seyran Quluzadə (Naxçıvan), 10-11 yaş qrupunda Ərtoğrul Məmmədbəyli (Şərur), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan) və 14-15 yaş qrupunda Aslan İsmayılov (Naxçıvan), qızların mübarizəsində isə 8-9 yaş qrupunda Özləm Hacıyeva (Naxçıvan), 10-11 yaş qrupunda Fidan Əliyeva (Naxçıvan), 12-13 yaş qrupunda Fatimə Yusifova (Şərur) I yerlərə layiq görülüblər.

Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.