REGİONLAR


Karate idman növü üzrə zona yarışında 13 şəhər və rayonun idmançıları iştirak edib

Beyləqan, 20 aprel, AZƏRTAC

Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki idman kompleksində IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş karate üzrə zona yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd şəhər və rayonlardan olan idmançılar iştirak edib.

Açılış mərasimində çıxış edənlər IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, məktəblilərə yarışda uğurlar arzulayıb. Bildirilib ki, bölgələrdə keçirilən yarışlarının əsas məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə diplom, medal və kubok, şotakan karate-do idman növünün inkişaf etdirilməsində xidmətlərinə və beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etdiklərinə görə bir qrup idmançıya isə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.