İDMAN


Karate üzrə Əməkdar məşqçimiz “Moskva Masters”  açıq beynəlxalq turnirində iki mükafat qazanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Karate üzrə milli komandalarımızın fiziki hazırlıq üzrə məşqçisi, Əməkdar məşqçi Oqtay Məmmədov Rusiyada “Moskva Masters” birinci açıq beynəlxalq turnirində iki mükafata sahib olub.

AZƏRTAC xəbər verir ki, o, 51 yaşdan yuxarı kişilər arasında kumite yarışlarının qızıl, veteranlar arasında 56 yaşdan yuxarı kata çıxışlarında isə bürünc medal qazanıb.

Moskva Karate Federasiyasının təşkil etdiyi ilk açıq beynəlxalq turnirdə 10-dək ölkədən 35 yaşdan yuxarı kişi və qadın idmançılar, eləcə də veteranlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.