İDMAN


Karate üzrə respublika çempionatının qalibləri müəyyənləşib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə karate üzrə 24-cü respublika çempionatının qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş yarışda paytaxt və müxtəlif regionlardan 41 klubu təmsil edən 430 idmançı iştirak edib.

Kumite üzrə 14-15 yaşlı yeniyetmələrin yarışında Fərid Ağayev (52 kq), Rəşid Həqiqətli (57 kq), Tural Yaqubov (63 kq), Fərid Şahbazlı (70 kq), Məmməd Məmmədov (70 kq-dan yuxarı), eləcə də Mədinə Sadıqova (47 kq), Ayla Rzazadə (54 kq), Səma İmanzadə (54 kq-dan yuxarı), kata yarışlarında isə Ceyhun İsmayılov və Emiliya Mitlinova çempion olublar.

16-17 yaşlı gənclərin kumite yarışlarında Həsən Əliyev (55 kq), Hümmət Baxşəliyev (61 kq), Ruslan Əhmədov (68 kq), Murad Balakişiyev (76 kq), Murad Hacızadə (76 kq-dan yuxarı), qızlar arasında Fidan Teymurova (48 kq), İnci Əzizova (53 kq), Telli Əliyeva (59 kq), Bəsti İsmayılova (59 kq-dan yuxarı), həmçinin fərdi katada Kənan Mirpənah birinci olublar.

Gənclərin 18-20 yaş qrupunda Hüseyn Əliyev (60 kq), Sərdar Məmmədov (67 kq), Vüsal Kamallı (75 kq), Elman Babayev (84 kq), Sərxan Quluzadə (84 kq-dan yuxarı), qızların mübarizəsində Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq), Ramilə Məmmədova (61 kq), Fəridə Əliyeva (68 kq-dan yuxarı), kata yarışlarında isə Roman Heydərov və Həsən Rüstəmov qızıl medal qazanıblar.

Böyüklər arasında isə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (hər ikisi 67 kq), Məcid Əmirov (75 kq), Ayxan Mamayev (84 kq), Əli Cəfərov (84 kq-dan yuxarı), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), Fəridə Əliyeva (68 kq-dan yuxarı), katada isə Roman Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ümumi komanda hesabında “Qara Qaplan”, Mərkəzi Karate Məktəbi və “Çempion” İdman klublarının yetirmələri ilk üçlükdə qərarlaşıblar. Yarışın mükafatçıları milli komandanın heyətinə cəlb olunaraq təlim-məşqlərə qatılacaqlar.

Yeniyetmə və gənc karateçilər fevralda ilk rəsmi yarışa - Sofiyada keçiriləcək Avropa çempionatına qatılacaqlar. Böyüklər isə yanvarın 22-24-də Parisdə təşkil ediləcək Karate1 Premyer Liqa turnirində mükafatlar uğrunda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.