İDMAN


Karate yarışlarının növbəti bürünc medalını Asiman Qurbanlı aktivinə yazdırıb

Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC

“Bakı-2017”də karatenin kumite yarışlarında +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Asiman Qurbanlı bürünc medal əldə edib.

AZƏRTAC xəbər verir ki, bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareg Hamediyə 6:2 hesabla qalib gəlib. Bununla da Azərbaycan idmançıları "Bakı-2017"ni üç bürünc medalla başa vurublar.

Yarışa dörddəbir finalda qoşulan karateçimiz Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. A.Qurbanlı yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.