İDMAN


Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

A+ A

Bakı, 6 dekabr, AZƏRTAC 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

Buenos-Ayres Olimpiadasının proqramına karate ilə yanaşı, idman rəqsləri və dağadırmanma növləri də daxil ediləcək.

Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

Argentinanın paytaxtında təşkil ediləcək nəhəng idman turniri 2018-ci il oktyabrın 1-dən 12-dək keçiriləcək. Beləliklə, yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiya Oyunlarının iştirakçısı olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.