İDMAN


Karateçilərimiz Polşada Dünya Oyunlarında iştirak edəcəklər

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycanın iki idmançısı Polşanın Vrotslav şəhərində Dünya Oyunlarının karate yarışlarında iştirak etmək üçün bu ölkəyə yollanıblar.

AZƏRTAC xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Firdovsi Fərzəliyev (60 kq) Dünya Oyunlarına vəsiqəni ötən ilin payızında Avstriyada dünya çempionatının mükafatlarına əsasən qazanıblar. Üçüncü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə bu mötəbər yarışda iştirak edəcək karateçilərimiz iyulun 25-26-da Polşada mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.